Femarn Belt
Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir.
Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır.
== Boğazdan keçən körpü və tunel layihəsi ==
Danimarka və Almaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər.
30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur.
2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur.